Sərnişinlərin NƏZƏRİNƏ: Sabahdan bu avtobusun hərəkət sxemi dəyişir

Sərnişinlərin NƏZƏRİNƏ: Sabahdan bu avtobusun hərəkət sxemi dəyişir
SOSİAL
22:51 25.11.2021
1491
2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun "Dərnəgül” stansiyasınadək hərəkət edəcək.

"Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun "Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun "N.Nərimanov”, "Nizami”, "20 Yanvar” stansiyaları və "Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq. Sözügedən dəyişiklik 26.11.2021-ci il tarixdən tətbiq olunacaq", - deyə məlumatda bildirilir.
 
\\\BAKU.WS
OXŞAR XƏBƏRLƏR