"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB

"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB
SAĞLAMLIQ
11:30 21.08.2020
785
Bir çox respirator viruslar orqanizmə daxil olduqdan sonra qanda onlara qarşı anticisimlər (immunitet) formalaşır.
 
AZXEBER.COM bildirir ki, bunu Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, COVİD 19-a yoluxan şəxslərdə də bu immunitet seroloji testlərlə və qandan alınmış nümunələrlə aşkar edilir: "Bu testlər əhalinin müəyyən bir qismində aparılandan sonra artıq insanların neçə faizinin bu virusa yoluxub sağaldığı ilə bağlı statistika formalaşır. Son araşdırmalar onu göstərir ki, 81 faizə yaxın insan bu xəstəliyi yüngül simptomlu və ya simptomsuz keçirir. Həmin şəxslər hətta koronavirus xəstəliyini keçirdiklərinin fərqində olmurlar. Bir neçə gün onlarda kəskin respirator infeksiya müşahidə edilir və sonra sağalırlar. Həmin şəxsin koronavirusa yoluxuğunu seroloji testlər vasitəsilə qanda aşkar edə bilirik. Vətəndaşlar bununla bağlı müraciətlər edirlər və koronavirusa yoluxub-yoluxmadığını dəqiqləşdirmək istəyirlər. İndiyə qədər bu müayinələr özəl klinikalarda ödənişli həyata keçirilirdi. İndi isə biz bunu bir layihə kimi həyata keçiririk. Bu layihə Almaniya, Çin, Türkiyə, İspaniya kimi böyük ölkələrdə də həyata keçirilir. Azərbaycanda da bu layihəyə start verilib".

N.Mustafayeva bildirib ki, hazırda seroloji test əhali arasında təsadüfi seçmə yolu ilə aparılır: "Həmin şəxslərə bu müayinədən keçmək təklif olunur. Düzdür, bu prosesdə testdən könüllü keçmək istəyənlər də var və bununla bağlı müraciətlər edirlər. Amma bu proses layihənin təsadüfi seçmə prinsipini pozur. Ona görə də, hələ ki, könüllü müraciətləri qəbul etmirik. Seroloji testi venadan alınmış 3-5 milli qram qanın laborator müayinəsi zamanı müəyyən edilir. Bu testləri icra etmək üçün istifadə olunan reaktivlər Almaniyanın "Avroimmun" şirkətinin istehsalıdır. Bu reaktivlər qanda həmin anticisimləri təyin etməyə həssasdır. Bu müayinədən keçən şəxslərə həmçinin qanın ümumi analizi də ödənişsiz təyin edilir".

İşçi qrupunun üzvü bildirib ki, bu testlər vasitəsilə Azərbaycanda nə qədər insanın koronavirusa yoluxduğu müəyyən ediləcək: "Əgər test zamanı kimdəsə pozitiv nəticə aşkarlanarsa, həmin şəxs arxayın olacaq ki, o artıq COVİD-19-u keçirib və sağalıb. Bu, geniş miqyasda həyata keçirilsə, əhəmiyyətli nəticələr əldə edə bilərik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım