Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bəzi KİV-in Azərbaycanın "Şərq tərəfdaşlığı" sammitində hər hansı sənədi imzalamaqdan imtina etməsi ilə bağlı yaydığı məlumatları spekulyasiya adlandırıb və buna fikir verməməyə çağırıb. Bunu Trend-ə M.Məmmədquliyev deyib.
“Şərq tərəfdaşlığı” dövlətlərinin III sammiti noyabrın 28-29-da Vilnüsdə keçiriləcək.
Nazir müavini bildirib: "Viza rejiminin sadələşdirilməsi haqqında sazişi imzalayacağımız dəqiqdir".
Tərəflər, həmçinin bəzi sahələr üzrə strateji əməkdaşlığa dair saziş, "mobility partnership" (Avropa İttifaqının (Aİ) əmək miqrasiyası siyasətinə dair xüsusi əməkdaşlıq forması), Azərbaycanın Aİ-nin proqramlarında iştirakının iştirakının genişləndirilməsi haqqında protokol və s. sənədləri imzalamağa hazırlaşırlar.
Nazir müavininin sözlərinə görə, əgər tərəflər sammitin başlamasınadək bu sənədləri razılaşdıra bilsələr, bu sənədlər Vilnüsdə imzalanacaq: "Əgər bu baş verməsə, onlar sonra imzalanacaq".
Sammitin yekun bəyannaməsinə gəlincə, M.Məmmədquliyev deyib ki, hazırda onun mətninin razılaşdırılması prosesi gedir.