İşğal altındakı Şərqi Qüdsdə bıçaqlı hücum olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bıçaqlı hücum nəticəsində 2 qadın polisinin yaralandığı, cinayətkarın isə öldürüldüyü bildirilib.
Hücumdan sonra bölgəyə çoxlu sayda polis qrupları göndərən İsrail qüvvələri Sahirə qapısına gedən Sultan Süleyman və Səlahəddin küçələrini bağlayıb.
Qeyd edək ki, İsrail 1967-ci ildən Məscidül-Əqsanın yerləşdiyi Şərqi Qüdsü işğal edib.
Mikayıl