"Şərqi Zəngəzur torpaqlarımızı tamamən işğaldan azad etmiş olduq" - Deputat

"Şərqi Zəngəzur torpaqlarımızı tamamən işğaldan azad etmiş olduq" - Deputat
SİYASƏT
16:22 26.08.2022
504
"Biz artıq Şərqi Zəngəzur ərazimizdə torpaqlarımızı tamamən işğaldan azad etmiş olduq. Bu hadisədən sonra üçtərəfli Bəyannəmənin növbəti 7-ci bəndinin icrası ilə bağlı addımlar atılacaq”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
 
Deputat qeyd edib ki, Laçın şəhərində Azərbaycanın dövlət bayrağının dalğalanması hər bir azərbaycanlı üçün böyük qürurdur: "Bu gün Laçın şəhərində Azərbaycanın dövlət bayrağının dalğalanması hər bir azərbaycanlı üçün böyük qürur və fəxarətdir. Bu, Azərbaycan dövlətinin gücünü, Azərbaycan hakimiyyətinin qətiyyətinin göstəricisidir. Bu hadisə eyni zamanda 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin 6-cı bəndinin yerinə yetirilməsidir. Biz artıq Şərqi Zəngəzur ərazimizdə torpaqlarımızı tamamən işğaldan azad etmiş olduq. Bu hadisədən sonra üçtərəfli Bəyannəmənin növbəti 7-ci bəndinin icrası ilə bağlı addımlar atılacaq.
 
Bu, məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasını nəzərdə tutur. Hansı ki, münaqişəyə qədərki vəziyyətlə Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə yaşamış azərbaycanlıların öz evlərinə qayıtması məsələsidir. Nəhayət, 9-cu bəndin tələbləri – kommunikasiyaların bərpası və Qərbi Zəngəzur dəhlizinin açılması məsələsi olacaq”.
 
H.Babaoğlu bildirib ki, əldə edilən uğurlar Azərbaycanı sevməyən bəzi ölkələri narahat edir: "Azərbaycan özünün bütün ərazilərində suveren hüquqlarını bərpa etməkdə, tarixi ədalətin bərpa olunmasında qərarlıdır. Bu istiqamətdə əldə etdiyimiz uğurlar, şübhəsiz ki, bəzi imperialist mərkəzləri və Azərbaycanı sevməyən bəzi ölkələri narahat edir. Onlar Azərbaycanın beynəlxalq hüququ, öz ərazi bütövlüyünü bərpa etməsindən dərin təəssüf hissi keçirirlər. Azərbaycanın güclənməsini özlərinə qarşı hesab edirlər. Ancaq bu, əsla belə deyil. Azərbaycan bütün qonşuları ilə beynəlxalq hüquq və mehriban qonşuluq əlaqələri içərisində yaşamağa hazırdır. Müharibədən sonra Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü də, "3+3” formatında əməkdaşlıq təşəbbüsü də Azərbaycanın sülhpərvər niyyətindən xəbər verir”.
 
"Azərbaycanın bu addımlarına qarşı kimsə güc nümayiş etdirmək istəyirsə, kimsə bunu qəbul etmək istəmirsə, kimsə regionda yenidən münaqişə ocağı yaratmaq istəyirsə, buna nail ola bilməyəcək. Çünki artıq nə 30 il əvvəlki regional şərtlər var, nə də 30 il əvvəlki beynəlxalq şərtlər var. Bu gün Azərbaycan dövləti güclüdür və bütün istiqamətlərdə öz milli məqsədlərinə doğru inamla addımlayır”, - deyə deputat əlavə edib.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR