Sertifikasiya imtahanı verən müəllimlərin nəzərinə!

Sertifikasiya imtahanı verən müəllimlərin nəzərinə!
SOSİAL
21:41 24.06.2024
273
21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, təhsilverənlərin şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciət müddəti 1 aydır.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
OXŞAR XƏBƏRLƏR