Təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən müəllimlər daha çox Gəncə-Daşkəsən regionuna daxil olan təhsil müəssisələrində çalışanlar olub.
AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli brifinqdə deyib.
Onun sözlərinə görə, 85 %, təxmini 600-ə yaxın 60 yaşdan yuxarı müəllim könüllü olaraq bu il sertifikasiya imtahanında iştirakdan imtina edib.










































