Şərurda su kanalından meyit tapılması ilə bağlı araşdırmaya başlanılıb

Şərurda su kanalından meyit tapılması ilə bağlı araşdırmaya başlanılıb
SOSİAL
13:50 16.10.2023
192
Şərurda su kanalından meyit tapılması ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 14-də Şərur rayonunun Yengicə kənd sakini 1968-ci il təvəllüdlü Eldar Mirzəyevin meyitinin yaşadığı kəndin ərazisindən keçən su kanalından tapılması faktı ilə bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR