Sərvər Hadisenin konsertində səhnəyə çıxdı: "Hamımızı ağlatdı" - VİDEO

Sərvər Hadisenin konsertində səhnəyə çıxdı: "Hamımızı ağlatdı" - VİDEO
MAQAZİN
09:48 08.05.2023
1273
Ötən gün Türkiyənin məşhur pop ulduzu Hadise Açıkgöz Bakıda solo konsert verib.

BAKU.WS-in xəbərinə görə, sonuncu dəfə ötən ilin 10 sentyabrında Bakıda konert verən sənətçinin səhnəsində maraqlı anlar yaşanıb.

Tədbir zamanı müğənnilər Sevil və Sevinc Səfərovalar səhnəyə çıxıb.

Daha sonra onlar Türkiyədə baş verən güclü zəlzələ zərərçəkənlərə edilən yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar apardığı üçün böyük marağa səbəb olan Sərvər Bəşirlini səhnəyə dəvət ediblər.

"Məncə, yaşadığımız fəlakətdəki rəmzlərdən biri oldu. Hamımızın gözünü doldurdu, ağlatdı. İlk gündən yola çıxdı, yardıma gəldi. Biz birlik olanda çox gözəlik", - deyə Hadise bildirib.

Daha sonra Hadiseyə üzərində zəlzələnin rəmzlərindən birinə çevrilən Sərvərin məşhur fotosu əks olunana tablo hədiyyə olunub.
 
OXŞAR XƏBƏRLƏR