"Sərxan Sərxanla məni çox yaraşdırırdılar" - Şəbnəm Tapdıq illər sonra danışdı

"Sərxan Sərxanla məni çox yaraşdırırdılar" - Şəbnəm Tapdıq illər sonra danışdı
MAQAZİN
13:51 11.06.2025
306
Müğənni Şəbnəm Tapdıq illər öncə Sərxan Sərxanla haqqında çıxan eşq dedi-qodularına cavab verib.
 
AZXEBER.COM xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan sənətçi, Sərxan Sərxan ilə adının bu gün də hallanmasını doğru hesab etmədiyini bildirib.
 
Sənətçi heç zaman sevgili olmadıqlarını vurğulayib:
 
"Olmayan bir şeyi mənim ünvanıma deyəndə çox əsəb keçirdirəm. Mənim də "Gecikmiş məhəbbətim" mahnım var idi, Sərxan Sərxanın da belə mahnısı var idi. İnsanlar bu mahnıları səhv salırlar, adımıza söz çıxardırlar. İstəyirəm bu mövzulara bir daha aydınlıq gətirim. Biz o insanla bir-birimizi sevməmişik, nə də heç bir münasibətimiz olmayıb. Mahnılar da ayrı-ayrı vaxtlarda yazılıb.
 
O vaxtı bizi çox yaraşdırırdılar. Mənim adıma niyə söz gəlməlidir ki? Gah deyirlər mən onu sevmişəm, gah deyirlər o məni sevib. Mənim təmiz adımı ləkələməyin! Səhnəyə gəldiyim gündən mənim heç bir səhv addımım, pis əməlim olmayıb. Mən belə söhbətlərin edilməsini daha istəmirəm".
 
Aysel
OXŞAR XƏBƏRLƏR