Sərxandan Rəqsanəyə: "Bundan da pis günə qalasan" - VİDEO

Sərxandan Rəqsanəyə: "Bundan da pis günə qalasan" - VİDEO
MAQAZİN
13:07 10.02.2026
620
Müğənni-aktyor Sərxan Kərəmoğlu ilə Rəqsanə İsmayılova arasında qalmaqal daha da alovlanıb.
 
AZXEBER.COM xəbər verir ki, Sərxan "Tarixin bir günü" verilişində Aysunun toyu zamanı onlar arasında yaranan qalmaqaldan danışıb.
 
Sənətçi bildirib ki, Rəqsanə ilə hələ də münasibətləri yoxdur: 
 
"Mən Aysunun ilk ailə qurduğu bəyə güvənmədiyimi demişdim. Çünki onu da, atasını da tanıyıram. Aysunun ailə qurmaq, ana olmaq istəyinə inanırdım. Ona görə demişdim ki, o toya inanmıram. Onda Rəqsanə mənimlə düşmən oldu ki, sən mənim sözümə inanmırsan, deyirsən ki, qızım yalandan ərə gedib. Belə insana mənim sözüm o ola bilər ki, bundan da pis günə qalasan. Çünki mənə şər atır. Mən toyuna saxta desəydim, onun toyunda niyə yeyib-içib əylənirdim? İndidən sonra o mənə nə də desə, ona qarşı fikrim dəyişməyəcək.
 
Rusiyada toyda olmalıydıq. Toy sahibinin 150 min rubl pulunu aldı, biləndə ki, toyda mən varam onlara şərt qoydu. Dedi Sərxan varsa gəlmirəm. Ailə də dedi ki, sən gəlməyə bilərsən, amma Sərxan o toyda olacaq. Heç onlardan alan pulu da geri qaytarmadı. İnsanların içində məni biabır elədi. Sonra arxamdan deyir ki, "Sərxan yaxşı oğlandır. Mənim nəyimə lazımdır bu?"
 
Aysel

OXŞAR XƏBƏRLƏR