Sərxandan xəbərdarlıq: "Mənim gördüyüm işlərdən artıq heç nə etməmisiz"

Sərxandan xəbərdarlıq: "Mənim gördüyüm işlərdən artıq heç nə etməmisiz"
MAQAZİN
14:38 19.05.2025
340
Müğənni və aktyor Sərxan Kərəmoğlu sosial media hesabında bəzi həmkarlarını tənqid edib.
 
AZXEBER.COM xəbər verir ki, o, bəzi sənət dostlarının vəfasızlığından gileylənib.
 
Sənətçi "instagram"da gördüyü işlərə reaksiya verməyən dostlarını izləmədən çıxaracağını bildirib:
 
"Məni qarşılıqlı izləyən dostlara aid edirəm. Özünüzü bir az da olsa silkələyin. Heç biriniz mənim gördüyüm işlərdən artıq heç nə etməmisiz. Bu nə məcburiyyətdir? Niyə məni izləyib və heç bir reaksiya vermirsiz? Axı mən sizin işinizə sevinirəm, bəs siz? Bəyənmək düyməsinə basmamaq nəyin paxıllığıdır?".
 
Sərxanın bu paylaşımına bir çox sənət adamı rəy yazaraq haqq qazandırıblar.
 
Aysel
OXŞAR XƏBƏRLƏR