Serxio Aquero Messiyə görə "Barselona"dan ayrıla bilər

Serxio Aquero Messiyə görə "Barselona"dan ayrıla bilər
İDMAN
12:43 07.08.2021
745
İspaniyanın "Barselona" klubu daha bir futbolçusu ilə yollarını ayıra bilər.

Serxio Aquero Lionel Messi ilə bağlı qərardan sonra Kataloniya təmsilçisi ilə vidalaşmaq üzrədir.

Aqueronun nümayəndələri klubla müqavilə şərtlərinə yenidən baxmaq istəyir. "Barselona" rəhbərliyi 33 yaşlı hücumçuya sözləşmə imzalanarkən Messi ilə birlikdə oynayacağına dair söz verib.

Qeyd edək ki, "Barselona" mayın 31-də Serxio Aquero ilə iki illik müqavilə imzalayıb. Klub avqustun 5-də Lionel Messi ilə yollarını ayırıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR