Serxio Buskets milli karyerasını bitirdi

İDMAN
19:53 16.12.2022
248
Serxio Buskets İspaniya millisindəki karyerasını başa vurub.

Bunu İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Qətərdəki DÇ-2022 dayaq yarımmüdafiəçisinin millidəki son turniri olub. Onun komandası 1/8 finalda Mərakeşə penaltilər seriyasında uduzub.

Qeyd edək ki, Buskets yığmada 143 matçda 2 qol vurub.
OXŞAR XƏBƏRLƏR