PSJ-yə transfer olmuş İspan müdafiəçisi Serxio Ramos "Real”ın (Madrid) ciddi cəhdlə öz heyətinə qatmaq istədiyi hücumçusu Kilian Mbappedən danışıb.
35 yaşlı futbolçunun fikirlərini "L’Equipe” nəşri dərc edib.
"Ona PSJ-də qalmağı məsləhət görürəm. Kilianın gələcəyinə qərar vermək hüququm yoxdur, amma onun Parisdə qalmasını istərdim. Kluba güclü futbolçular lazımdır, məsələn Kilian və Neymar. Üçümüz birlikdə böyük işlər görə bilərik”, - deyə S.Ramos vurğulayıb.