Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər

İDMAN
19:49 01.11.2024
265
"Real" klubunun və İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramos karyerasını Argentina təmsilçisi "Boka Xuniors"da davam etdirə bilər.

Bu bardə "Relevo" məlumat yayıb.

38 yaşlı ispaniyalı Argentina klubuna qoşulmaq üçün danışıqlar aparır. Ramos "Sevilya" ilə müqavilə müddəti iyulda başa çatandan sonra azad agentdir.

O, daha əvvəl PSJ və Madrid "Real"ında da çıxış edib. Təcrübəli futbolçu İspaniya millisində keçirdiyi 180 oyunda 23 qol vurub.

OXŞAR XƏBƏRLƏR