Sərxoş halda qəza törədən polis polkovniki işdən çıxarıldı

Sərxoş halda qəza törədən polis polkovniki işdən çıxarıldı
SOSİAL
13:48 27.04.2022
367
Polis polkovniki işdən çıxarılıb.

AZXEBER.COM-un Lent.az-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Veysəl İbrahimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.İbrahimovun adı mətbuata yad deyil. Belə ki, o, 2015-ci ildə sərxoş vəziyyətdə qəza törətməsi ilə medianın gündəminə gəlmişdi.

V.İbrahimov həmin vaxt Səbail rayon Polis İdarəsində çalışırdı. 
OXŞAR XƏBƏRLƏR