İngiltərədən Kos adasına gedən təyyarədə sərxoş sərnişin təyyarənin qapısını açmağa çalışaraq xaosa səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sərxoş sərnişin təyyarənin uçuşu zamanı kabin heyətinin və bəzi sərnişinlərin köməyi ilə zərərsizləşdirilərkən, pilot təyyarəni dərhal Münhen hava limanına endirib.
Sərxoş sərnişin təyyarədən enərkən itaətsizlik edəndə onu zorla yerə yıxıb, əlləri qandallanıb və alman polisi tərəfindən nəzarətə götürülüb.
Həmin anlar təyyarədə olan biri tərəfindən mobil telefonla lentə alınıb.
Qeyd edək ki, təyyarənin yenidən havaya qalxaraq yoluna davam etdiyi bildirilib.
Mikayıl