Sərxoş yol polisi qəza törətdi

DÜNYA
10:40 30.09.2013
1110
Bu gün axşam saatlarında Moskvanın 99-cu kilometr M8 avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.AZXEBER.COM-un "İnterfaks"-a istinadən verdiyi xəbərə görə, qəzanı törədən Moskvanın Şərq inzibati dairəsi üzrə dövlət yol hərəkəti təhlükəsizliyi müfəttişliyinin inspektorudur.O, sərxoşluq vəziyyətdə idarə etdiyi "Toyota Camry" avtomobili ilə qarşı istiqamətdə hərəkət edən "UAZ" markalı aqvtomobillə toqquşub.Nəticədə "UAZ"-ın sürücüsü ilə sərnişinlər yüngül bədən xəsarətləri alıblar. Hadisə yerinə gələn xilasedicilərin təkidlərinə baxmayaraq, yaralılar xəstəxanaya getməkdən imtina ediblər.Moskva polisinin hadisə ilə bağlı araşdırmalara başladığı bildirilir.

OXŞAR XƏBƏRLƏR