Səs-küy insanlarda xəstəlik yaradır

Səs-küy insanlarda xəstəlik yaradır
09:46 07.02.2013
803
Hər bir insanın gecə dincəlməyi vacibdir. Ən azı orqanizm itirdiyi enerjini yenidən bərpa etməlidir. Amma şəhərimizdə gecə saatlarında olan səs-küy şəhər əhalisinin narahatlığına səbəb olur. Bu, əsasən meteohəssas insanlara həm fiziki, həm də mənəvi cəhətdən mənfi təsirini göstərir. Həkimlərin hesablamalarına görə, 2012-ci ildə səs-küy nəticəsində ürək-damar xəstəliyinə tutulanların 3 faizi dünyasını dəyişib. Gecə səs-küyünün insan orqanizmində yarada biləcəyi fəsadları öyrənmək üçün həkimlərə müraciət etdik.Nevropatoloq Samirə Məmmədovanın sözlərinə görə, bu səs-küylər əsasən yaşlı insanlarda əsəb pozuntuları, narahatlıq və gərginlik yaradır. Psixoloqlar da gecə səs-küylərinin xüsusən meteohəssas insanların psixikasına təsirini təsdiqləyir.Gecə saatlarında insanların narahatlığına səbəb olan səs-küylərin əsas səbəbkarı əsasən gənclərdir. Bunlara misal olaraq avtomobillərə və ictimai nəqliyat vasitələrinə quraşdırılan müxtəlif səs siqnalları, musiqilərin yüksək səslə oxudulması və gecə vaxtlarında küçələrdə yüksək səslə danışılmalarıdır. Məlumat üçün bildirək ki, ölkə qanunvericiliyində bu cür hallara qarşı qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR