Səs vermək üçün getdi, dünyasını dəyişdi

Səs vermək üçün getdi, dünyasını dəyişdi
DÜNYA
12:58 15.05.2023
179
Aydının Kuşadası rayonunda səs vermək üçün getdiyi məktəb bağçasında dünən infarkt keçirən Yusuf Başdağ aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq həyatını itirib.

AZXEBER.COM xəbər verir ki, hadisə ötən gün saat 10:00 radələrində Türkmən məhəlləsində baş verib. 

Yusuf Başdağ Prezident seçkiləri və 28-ci Dövr Millət vəkili seçkiləri üçün səs vermək üçün getdiyi Atatürk Orta Məktəbinin bağçasında skamyada oturarkən qəfildən yerə yıxılıb. Yaxınlıqdakı vətəndaşlar vəziyyəti sağlamlıq qruplarına xəbər verib. Müalicə altına alınan Başdağ bütün müdaxilələrə baxmayaraq gecə həyatını itirib. 

Gülay
OXŞAR XƏBƏRLƏR