"Bu gün qarşınızda qürurlu ana kimi dayanmışam. Qızımla bağlı arzularım həyata keçir deyə çox xoşbəxtəm. Konsertimdə onu səhnədə izləmək qürurvericidir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova deyib.
Şəhər məkanlarından birində verdiyi konsertdə jurnalistlərin suallarını cavablandıran xalq artisti qızından danışıb:
"Bu gün qarşınızda qürurlu ana kimi dayanmışam. Qızımla bağlı arzularım həyata keçir deyə çox xoşbəxtəm. Qızımın bütün qərarlarında yanındayam amma ona azadlıq vermişəm. Çox qarışmıram. Hər bir seçimində yanındayam, amma büdrəyərsə, anası kimi yanındayam. Mən də büdrəyərək Xalq artisti olmuşam. Çətinliklərdən keçən insan sonunda qalib olur. Onunla duet oxumaq istəyirəm amma mahnı seçməyimiz çox çətindir. Səsi mənə bənzəsə də, zövqlərimiz başqadır. Konsertimdə onu səhnədə izləmək qürurvericidir".
Aysel










































