"Boğulma insanı bir neçə dəqiqə ərzində səssizcə öldürür”.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İngiltərə Krallığının Milli Xilasetmə Qayıqları İnstitutunun nümayəndəsi (RNLI) Keyt Erdley deyib.
O, qeyd edib ki, insanlar boğulmanın çox səs-küylü olduğunu düşünür. Həqiqətdə isə heç kim heç nə eşitmir. Boğulma insanı bir neçə dəqiqə ərzində səssizcə öldürür.
Mütəxəssislər uşaqların suya yaxın olduqda hər zaman böyüklərin nəzarətində olmasını tövsiyə edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada təxminən 250 min insan suda boğularaq ölür.
Suda boğulmadan ölüm "qarşısı alına bilməyən insan itkisi” siyahısında 3-cü yerdədir.
Cəmalə