‘Səsvermənin hesablanması zamanı hər hansı pozuntu olsaydı bizə mütləq siqnal gələrdi’ - ‘Eurovision’ qalmaqalı

SİYASƏT
11:06 21.05.2013
1948

"Eurovision mahnı müsabiqəsinin finalında səsvermənin hesablanması zamanı hər hansı pozuntu olsaydı, bu barədə indiyə kimi bizə mütləq siqnal gələrdi", Avropa Teleradio Yayım Birliyinin rəsmisi deyir. "Səsvermə bizim səsvermə tərəfdaşımız Digamo tərəfindən aparılır və PriceWatersHouseCoopers şirkəti tərəfindən qiymətləndirilir. Hər hansı məsələ olsaydı, bizə bu barədə siqnal çatardı", ATYB-nin Avropa Mahnı Müsabiqəsi üzrə kommunikasiya koordinatoru Jarmo Siim BBC Azərbaycancaya deyib. "Bizim bildiyimizə görə, hər şey dəqiq olub", o əlavə edib. O, hər hansı qeyri-dəqiqlik halı olarsa, bu barədə "siqnalın" Digamo şirkəti tərəfindən gələcəyini bildirib. Azərbaycanın Eurovision mahnı müsabiqəsinin şənbə günü keçirilən finalında Rusiyaya 10 xal verməsi, amma bunun nəticələrdə özünü göstərməməsilə bağlı ölkədə yüksək səviyyədə narahatlıqlar səslənir.

OXŞAR XƏBƏRLƏR