Səttar Bəhlulzadənin əsərlərini milyonlarla dollara satışa çıxaran kimdir? - AÇIQLAMA

MƏDƏNİYYƏT
15:09 13.01.2023
901
Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri onlayn internet mağazasında satışa çıxarılıb.

AZXEBER.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 650 rəsmdən ibarət kolleksiya 18 milyon 500 min dollara təklif edilir.

Hər bir əsərin orijinallığının "Azərbaycan Dövlət Muzeyi" adlı qurumun təqdim etdiyi sertifikatlarla təsdiqləndiyi bildirilir.

Məsələyə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziydadxan Əliyev münasibət bildirib.

O deyib ki, satışa çıxarılanlar arasında cəmi  bir neçə bitkin, tam əsər var.

Ziydadxan Əliyevin sözlərinə görə, mütəxəssislərdən ibarət komissiya yaradılaraq xaricə göndərilməli, real görüldükdən sonra qərar verilməli, rəssamın yaradıcılığını zənginləşdirən əsərlər alınmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR