Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

SİYASƏT
13:21 11.02.2024
161
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud dövlətimizin başçısına səmimi təbriklərini çatdırıb, ona uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.
OXŞAR XƏBƏRLƏR