Səudiyyə Ərəbistanı müsəlmanları Ümrə və Həcc ziyarətlərini təxirə salmağa çağırıb

SOSİAL
16:52 01.04.2020
322
Koronavirus pandemiyası ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığı müsəlmanları Ümrə və Həcc ziyarətlərini qeyri-müəyyən müddətə təxirə salmağa çağırıb. 

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının Həcc məsələləri üzrə naziri Məhəmməd Baten dövlət televiziyasında çıxışı zamanı deyib. 

Nazir ölkəsinin zəvvarların təhlükəsizliyindən və sağlamlığından narahat olduğunu ifadə edib.

"Səudiyyə Ərəbistanı hər zaman zəvvarlara və Ümrə ziyarətçilərinə xidmət etməyə tam hazırdır. Ancaq mövcud şəraitdə qlobal pandemiyanı nəzərə alaraq, krallıq müsəlmanların və vətəndaşların sağlamlığını qorumaq istəyir. Beləliklə, bütün ölkələrdəki müsəlman qardaşlarımızdan xahiş edirik ki, vəziyyət düzələnə qədər tur operatorları ilə müqavilə bağlamazdan əvvəl gözləsinlər”, - deyə nazir bildirib.

O qeyd edib ki, Ümrə ziyarəti üçün viza alan şəxslərin viza xərcləri geri qaytarılacaq.

Xatırladaq ki, bu ilin iyul və avqust aylarında 2 milyon müsəlmanın Məkkə və Mədinəyə ziyarətləri gözlənilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:24 28.05.2020

Qətərin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

23:22 28.05.2020

Şagirdlər Respublika Gününü belə qeyd etdi-Video

23:04 28.05.2020

Türkiyə Super Liqası bu tarixdə bərpa ediləcək - RƏSMİ

22:38 28.05.2020

İngiltərədə ilk: hicablı qadın hakim təyin olundu

22:15 28.05.2020

İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir"

22:13 28.05.2020

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum oldu - STATİSTİKA

22:03 28.05.2020

Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər"

22:00 28.05.2020

Dünyanın ən hündür tikilisi Azərbaycan bayrağına büründü -FOTO - VİDEO

21:48 28.05.2020

Prezident: "Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar"

21:34 28.05.2020

Koronavirusun yayılmasında günahkar hesab edilən qadın ilk dəfə bu barədə danışdı

20:54 28.05.2020

Bakıda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü

20:04 28.05.2020

Gürcüstan Ermənistana koronavirusla mübarizədə kömək təklif etdi

19:38 28.05.2020

Azərbaycanda bu günə qədər 4 759 nəfər koronavirusa yoluxub, 56-sı ölüb

19:25 28.05.2020

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

19:23 28.05.2020

Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi

19:06 28.05.2020

Qanunsuz it döyüşləri təşkil edənlər həbs edildi - RƏSMİ