Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin şərqində Cənubi Keçid Şurasının mövqelərinə hava zərbələri endirib.
AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, Respublikanın cənubunda əhəmiyyətli əraziləri nəzarətdə saxlayan Cənubi Keçid Şurası zərbələrin Hadramaut əyalətinə endirildiyini bildirib.
Hələlik zərbələr nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil.
Daha əvvəl Ər-Riyad Cənubi Keçid Şurasından onların nəzarətinə keçmiş Hadramaut və Əl-Mahra əyalətlərindən qoşunlarını çıxarmağı tələb etmişdi.
Cənubi Keçid Şurası Yəməndə 2017-ci ildə yaradılmış siyasi və hərbi təşkilatdır.










































