Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirib

Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirib
DÜNYA
13:12 26.12.2025
96
Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin şərqində Cənubi Keçid Şurasının mövqelərinə hava zərbələri endirib.

AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, Respublikanın cənubunda əhəmiyyətli əraziləri nəzarətdə saxlayan Cənubi Keçid Şurası zərbələrin Hadramaut əyalətinə endirildiyini bildirib.
 
Hələlik zərbələr nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil.

Daha əvvəl Ər-Riyad Cənubi Keçid Şurasından onların nəzarətinə keçmiş Hadramaut və Əl-Mahra əyalətlərindən qoşunlarını çıxarmağı tələb etmişdi.

Cənubi Keçid Şurası Yəməndə 2017-ci ildə yaradılmış siyasi və hərbi təşkilatdır.
OXŞAR XƏBƏRLƏR