Səudiyyə Ərəbistanındakı Türkiyə məktəblərinin fəaliyyəti bərpa olunur

DÜNYA
18:30 23.08.2024
198
Səudiyyə Ərəbistanındakı Türkiyə məktəblərinin fəaliyyəti bərpa olunur.

Bu barədə Türkiyənin Milli Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Məkkə və Mədinədəki Türkiyə məktəbləri yenidən açılır. Məktəblər yeni tədris ilindən etibarən fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanındakı Türkiyə məktəblərinin fəaliyyəti 2020-2021 tədris ilində dayandırılmışdı.
OXŞAR XƏBƏRLƏR