Mərakeşdən İspaniyanın Seuta şəhərinə daxil olmuş 10 minə qədər miqrant hələ də şəhərdədir.
Bu barədə Seuta meri-prezidenti Xuan Xesus Vivas brifinqdə bildirib.
"Hesablamalarımıza görə, qanunsuz miqrasiyanın iştirakçısı olan 10 minə qədər insan hələ də Seutadadır", - o qeyd edib.
"Bu, gələn miqrantların ümumi sayının ən azı 10 %-ni təşkil edir", - o bildirib.
O, miqrantların yerləşdirilməsi üçün Əcnəbilərin Saxlanılması Mərkəzinin yaradılmasını təklif edib.











































