“Günay İbrahimlini özümə rəqib görmürəm, on ildir səhnədəyəm, o isə yenidir."
AZXEBER.COM xəbər verir ki, bu sözləri lent.az-a müğənni Sevda Yahyayeva həmkarı Günay İbrahimli ilə müqayisə olunmasına münasibət bildirərkən deyib: “Günayla müqayisə olunmağım məni qətiyyən narahat etmir. Mən ona uğurlar arzu edirəm. O, hələ gəncdir. Yeni-yeni addımlarını atır, amma istedadlı xanımdır. Amma onu özümə rəqib görmürəm. Çünki, ən azından on ildir səhnədəyəm. Sentyabrın 21-də verəcəyim konsert isə mənim 6 -cıdır. Ən azından, bu qədər işlər görmüşəm. O,hələ yeni başlayır. Mənim yaşıdlarım arasında rəqibim yoxdur”.