Populyar müğənni Sevda Yəhyayeva xalq artisti Faiq Ağayevdən inciyibmiş.
Sevda bunu Lider TV-nin «Rəngarəng» verilişində bildirib.
«Rəqs müsabiqəsində iştirak etdiyim vaxt Faiq Ağayev mənə aşağı bal vermişdi. Buna görə ondan çox incimişdim. Faiq Ağayev məni illərdir tanıyır. Ona görə də belə etməməli idi. Amma artıq incikliyim keçib və hər şey arxada qalıb», - deyə gənc ifaçı bildirib.
Ümumiyyətlə, şou-biznes nümayəndələrilə münasibətlərindən danışan S.Yəhyayeva qalmaqallardan uzaq insan olduğunu söyləyib: «Hərdən bəzi anlaşılmazlıqlar olur. Amma bu, əsasən mənim tərəfimdən olmur. Tamaşaçıların məni qalmaqallarımla yox, mahnılarımla tanımasını istəyirəm. Yaşda və yaradıcılıqda məndən yüksəkdə olan sənətkarlara həmişə hörmətlə yanaşıram. Hazırda demək olar ki, hamı ilə münasibətim var. Şou-biznesimizdə bütün müğənnilər öz yerini bilsə, heç bir problem olmaz».
Sevda Azərbaycan şou-biznesində yalnız Natəvan Həbibi ilə münasibətinin olmadığını, onunla hətta salamlaşmadığını bildirib: «Ad çəkmək istəmirəm, amma şou-biznesdə məni görməyə gözü olmayan xeyli insanlar var. Onlar mənim populyarlığımdan yanıb-yaxılırlar. Onların acığına daha da çox işləyəcək, onlardan da yüksəyə qalxacağam».
/// day.az