Sevda Yəhyayevayla Pərvizi birləşdirən nədir? - VİDEO

MAQAZİN
14:30 25.02.2013
1983

İl başlayandan bir neçə hitə imza atan istedadlı və sevilən bəstəkar Pərviz Mahmudov yaradıcı fəaliyyətini davam etdirir.AZXEBER.COM-a açıqlama verən musiqiçinin sözlərinə görə, iki gündür radio dalğalarında “De mənə” adlı yeni bəstəsi səslənir. Mahnını populyar müğənni Sevda Yəhyayeva ifa edib. Sözləri Leyli İsrafilovaya məxsus kompozisiyanı Elvin Musayev aranjeman edib. P. Mahmudov "De mənə"nin bu ilin hiti olmasına iddialı olduğunu əlavə etdi: “Bu Sevda ilə altıncı işbirliyimizdir. Musiqi müəllifi kimi ilk imzamı daşıyan “O zaman” həm də Sevdanın ilk mahnısı oldu. “O zaman” hər ikimizi tanıtdı. Daha sonra “Buz kimi”, “Sənsiz”, “Saxta”, “Sən” kompozisiyaları ərsəyə gəldi. “De mənə”nin də onlar qədər seviləcəyinə inanırıq”. Nikbin əhval-ruhiyyəli lirik-ritmik mahnını dinləyə bilərsiniz:

OXŞAR XƏBƏRLƏR