Sevdanın konsertinin biletlərinin qiyməti bəlli oldu

MAQAZİN
14:24 16.07.2015
4112
Sevdanın konsertinin biletlərinin qiyməti bəlli oldu
Tanınmış müğənni Sevda Yahyayeva bu yay tətilini ölkədə keçirərək, istirahətə vaxt ayırmadan hər gün konsertinin məşqlərinə davam edir.
Qeyd edək ki, aylardır davam edən məşqlərdən sonra avqustun 9-da saat 21:00-da Yaşıl Teatrda baş tutacaq olan konsertin təşkilatçısı Kənam Bayramov və Elnur Həsənovun rəhbərlik etdiyi "KEvents group"dur. Konsertin musiqi rəhbərləri isə İsmayıl Əsədov və Samir Sultanovdur.Yahyayevanı sintezatorda,l peşəkar pionist,ölkəmizi Rusiyanın Səs yarışmasında layiqincə təmsil edən Samir Sultanov , bass-gitarda Saleh Məmmədov, elektro gitarda Anar İsayev, zərb alətlərində Sultan və Drumda isə Nicat müşayiət edəcək.
Qeyd edək ki, Yahyayeva konsertdə 20-dən çox yeni və sevilən mahnısını ifa edəcək. Sevda ilə birlikdə səhnədə peşəkar rəqqaslar öz performansını nümayiş etdirəcək. Biletlərin qiyməti isə hər kəsi nəzərə alaraq müəyyənləşdirilib. 
Beləki, konserti izləmək istəyənlər şəhərin bütün kassalarından biletləri 10-80 AZN arası əldə edə bilərlər. Sevdanın konsertinin məşqindən fotoları təqdim edirik.
OXŞAR XƏBƏRLƏR