Sevdanın ölüm xəbəri yayıldı

Sevdanın ölüm xəbəri yayıldı
ŞOU-BİZNES
17:48 04.12.2014
7543
“Mən ikicanlıyam".
Müğənni-rəqqasə Sevda Sanəliyevanın ölüm xəbəri yayılıb.
AZXEBER.COM  xəbər verir ki, Axşam.az-ın məlumatına görə, sosial şəbəkədə sənətçinin bu gün dünyasını dəyişdiyi yazılıb.
Məsələ ilə bağlı əməkdaşımızla söhbətində danışan S.Sanəliyeva xəbərlərin yalan olduğunu deyib:
“Mən ikicanlıyam. Haqqımda belə şərhlər, şayiələr çıxarırlar. Bu, insanlıq deyil. Hamilə bir qadın haqqında belə sözlər çıxarmaq düzgün deyil. Bu xəbərləri pis adamlar yayırlar. Haqqımda xoş şey arzulayanlara xoş, pis arzulayanlara isə pis şeylər diləyirəm. Hazırda çox yaxşıyam. Səhhətimdə heç bir problem yoxdur”.
Qeyd edək ki, S.Sanəliyeva bu ilin iyununda nikah masasına oturub.
OXŞAR XƏBƏRLƏR