Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü - Bakıdakı qətlin təfərrüatı

Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü - Bakıdakı qətlin təfərrüatı
SOSİAL
16:12 13.08.2022
324
Bu il yanvarın 19-da Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsində 1993-cü il təvəllüdlü Ələsgər Məmmədovun (adlar şərtidir) 1979-cu il təvəllüdlü Rasim Ağakişiyevi döyərək öldürməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə araşdırması zamanı hadisənin qısqanclıq zəminində yaranmış münaqişə nəticəsində baş verdiyi üzə çxıb.

Belə ki, R.Ağakişiyev Ə.Məmmədovun qeyri-rəsmi nikahda yaşadığı qadının keçmiş həyat yoldaşı və əmisi oğlu olub. R.Ağakişiyev 2003-cü ildə evləndiyi əmisi qızından 2020-ci ildə rəsmən boşanıb və evi həyat yoldaşına verib. Onların 2006 və 2015-ci il təvəllüdlü uşaqları da Rasimin boşandığı Səlimədə qalıb. Elə həmin vaxtdan Rasim başqa qadınla birgə yaşamağa başlayıb. Səlimə də 2020-ci ildə tanış olduğu Xaçmaz rayon sakini olan Ələsgərlə qeyri-rəsmi nikahda yaşamağa başlayıb. Ələsgər mütəmadi olaraq onun evində qalıb, uşaqları tərəfindən ata kimi qəbul edilib.

Bir müddət sonra Rasim keçmiş arvadının Ələsgər adlı şəxslə sevgili olmasını, həmin gəncin Səlimə ilə birgə yaşadığını öyrənib. Bu işdə ona qonşular da kömək edib. Belə ki, qonşulardan biri Rasimə Ələsgərin onun keçmiş evində olması barədə xəbər verib. Rasim yanvarın 19-da axşam saatlarında binanın qarşısına gələrək qışqırmağa başlayıb və pəncərəyə çıxan 16 yaşlı oğlunu söyərək "O qubalıya de, aşağı düşsün, bilirəm evdədi”, deyib. Bundan sonra 29 yaşlı Ələsgər həyətə düşüb və onlar mübahisə ediblər. Dava-dalaş zamanı Ələsgər birgə yaşadığı qadının keçmiş həyat yoldaşına yumruq və taxta ilə bir neçə zərbə endirib. O daha sonra hadisə yerindən uzaqlaşıb. Huşsuz vəziyyətdə binanın qarşısında qalan Rasimi qonşular xəstəxanaya aparıblar və o, yanvarın 24-də Sabunçu xəstəxanasında ölüb.

Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Rasimi öldürmək niyyətinin olmadığını, özünü müdafiə məqsədilə onu vurduğunu deyib. O əlavə edib ki, özündən yaşca xeyli böyük olan Səlimə ilə aralarında 2020-ci ildə sevgi münasibəti yaranıb və onun boşandığını bildikdən sonra aralarında ər-arvad münasibəti formalaşıb.

Şahid kimi çıxış edən Səlimə Ağakişiyeva da Ələsgəri sevdiyini, əmisi oğlu olan keçmiş həyat yoldaşının evlilik dövründə onu daim  incitdiyini, Rasimin pis vərdişlərinin olduğunu, hələ evli ikən başqa qadınla birgə yaşadığını eyib. O qeyd edib ki, ailəsində söz-söhbətlərin yaranmasına əsas səbəbkar qayınanası olub: "Qayınanam o vaxt öz bacısı qızını Rasimə almaq istəyirmiş. Sonra qayınatam buna imkan verməyib və məni, yəni qardaşı qızını Rasimə aldı. Bundan sonra qayınanam daim bizə düşmən münasibəti bəsləyib”.
 
Məhkəmədə mərhum Rasim Ağakişiyevin anası da ifadə verib. O, bildirib ki, Rasimi Ələsgər tək öldürməyib: "Oğlumu Səlimə, onun oğlu və sevgilisi birgə binanın arxasında döyərək öldürüblər. Sonra huşsuz halda binanın qarşısına sürüyüb atıblar”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2022-ci il tarixli hökmü ilə Ələsgər Məmmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə həbs cəzasına məhkum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik