Sevdiyi qızı "facebook"da şəkilə etiketləyən oğlanın boğazını kəsdi - VİDEO

TOP4
14:02 25.03.2018
6515
17 yaşlı gənc "Facebookda” sevgilsini şəkilə etiketlədiyi üçün 14 yaşlı oğlanın boğazını kəsərək, öldürüb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən bildirir ki, sözügedən hadisə Adanada baş verib. Alınan məlumata görə 17 yaşlı Ömer Turan 14 yaşlı Tamer Salmanın məktəbin həyətində qarşısını kəsərək, hədələyib. O, Tamer Salmana " Sən mənim sevgilimi şəkilə etiketliyə bilməzsən” deyib.
 
Tamer Salman " Mən də o qızı sevirəm, bunun sənə heç bir aidiyyatı yoxdur” deyə qarşılıq verib. Bunun üzərinə 17 yaşlı Ömer Turan əlindəki bıçağı bir neçə dəfə Tamerə vuraraq, qaçıb.
 
Polis tərəfindən həbs olunan Ömer Turanın məhkəməsi davam edir.
 
Leyla Rəhimli
 

 

OXŞAR XƏBƏRLƏR