Sevdiyi qızı maşında bıçaqlayıb avtomobili dərəyə aşırdı - Bakıda

SOSİAL
14:19 04.06.2019
4956
Dünən 13 radələrində Yasamal rayonu Yeni Dairəvi yolunda dəhşətli yol qəzası baş verib. 

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, yolun kənarındakı dərədə aşmış vəziyyətdə olan "Daewoo” markalı avtomobil və onun yanında kişi və qadın meyiti olması barədə DİN-in "102- Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla avtomobilin MMC-lərdən birinə məxsus olması, meyitlərin Bakı şəhər sakini V.Abbasov və Sabirabad rayon sakini A.Əliyeva olması müəyyən edilib. 

Onlar V.Abbasovun idarə etdiyi "Daewoo” markalı avtomobili dərəyə aşırması nəticəsində ölüblər. 

ONA-nın məlumatına görə, sürücü Vasif Abbasov sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını avtomobildə bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. 

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR