SEVGİ NÜMUNƏSİ: 5 İL ARVADININ MEYİTİ İLƏ YATAN KİŞİ

MARAQLI
21:41 24.12.2010
2323

 

Azxeber.com portalının MIGnews.com.ua saytına istinadən verdiyi məlumata görə, xanımının məzarını qazan kişi onun meyitini evinə gətirib.
Li Van adlı bu şəxsin xanımı bir neçə il əvvəl dünyasını dəyişibmiş. Amma keçən illər ərzində kişi onu heç cür unuda bilməyib. Nəhayət, Van gecələr arvadının məzarı yanında yatmağa başlayıb. Havalar soyuduqda isə o, qəbri qazıb, xanımının cəsədini evə gətirib. Hadisədən keçən 5 ildə o, meyitlə eyni yataqda gecələyib. Kişinin bacarığı meyitin çürüməsinə imkan verməyib: o, cəsədin üzərini gillə örtüb və ona paltar geydirib.

5 il ərzində Van heç kimi evinə buraxmayıb. Nəhayət bundan xəbər tutan «bəxtəvər cütlüy»ün övladları gördüklərindən şoka düşüblər.

OXŞAR XƏBƏRLƏR