"Sevgi həyatınız alt-üst ola bilər" - Astroloqdan XƏBƏRDARLIQ

MARAQLI
13:40 27.08.2024
264
"Venera və Neptun əks istiqamətdə olacaq. Təsir müddəti 3 gündür. Zəif münasibətlərdə qırılmalar ola bilər".
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri məşhur Türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında paylaşıb.
 
O, öz paylaşımında bildirib:
 
"Sağlamlığınıza diqqət yetirin. "Heç nə olmaz” deməyin. Bu dövrdə boğaz və böyrəklər çox həssas olacaq. 
 
Şəxsi həyatınızla bağlı böyük qərarlar almağı bir müddət təxirə salmağınızı tövsiyə edirəm. Çünki bu müddət ərzində ciddi nəticələrə səbəb ola biləcək məsələlərin araşdırılması təəssüf hissi yarada bilər. Münasibətlərdə qeyri-real gözləntilərə girə bilərsiniz. 
 
Bu dövrdə zəif və qeyri-sağlam münasibətlər xəyal qırıqlığı yarada bilər. Demirəm ki, yeni münasibətlərə başlamayın. Asılı və manipulativ münasibətlərdən uzaq durun. Başqalarının pulunu yeyərək onlardan istifadə edən, qaşıqla verib, qaşıqla alan insanlardan uzaq olun”.
 
Oksana

OXŞAR XƏBƏRLƏR