"Sevgi ilə qurulan ailə də, dostluq da dağıla bilməz" - Fərda

"Sevgi ilə qurulan ailə də, dostluq da dağıla bilməz" - Fərda
MAQAZİN
12:05 08.12.2025
76
 Aktyor Fərda Xudaverdiyev "İncə səhər" verilişində qonaq olub.
 
AZXEBER.COM xəbər verir ki, aktyor kövrək anlar yaşayaraq sevənlərinə təşəkkür edib. 
 
"Mən həyat hekayəmə dönüb baxanda görürəm ki, harada möcüzə baş veribsə, orada tanrının imzası var. Nə qədər çalışsam da, çabalasam da qazandığım bütün uğurlarımda Allahın əli var. Bizi yaradan tanrıya etibar etməliyik, o zaman hüzur tapacağıq. Tanrı göydən baxır, bəlkə də yaratdıqlarını tanımır indi. Mən sevgi ilə yaşayan hər kəsi qucaqlayıram. Hamımızın bir sonu var. Önəmli olan o dövrə qədər bir-birimizi incitmədən, qırmadan yanında olmaqdır. Biz bir-birimizə çox lazımıq. Sizin hamınızı çox sevirəm. Dünya malından qopub, sevgiyə bağlanın. İnanın ki, heç kəs acından ölməyəcək. Sevgi ilə qurulan ailə də, dostluq da dağıla bilməz", - deyə bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR