İnsanlar bir-biri ilə danışarkən qarşı tərəfin bürcünə daha çox diqqət yetirirlər. Hətta bəziləri sırf bürcünə görə müəyyən insanlardan uzaq durmağa üstünlük verir. Bu yanaşma xüsusilə münasibətlərdə seçimlərə təsir edən əsas faktorlardan birinə çevrilib.
AZXEBER.COM münasibətlərdə ən uyumlu bürcləri təqdim edir:
Qoç və Şir
Bu iki atəş bürcü enerjili, lider ruhlu və ehtiraslıdır. Onlar birlikdə olduqda münasibət dinamik və motivasiyaedici olur.
Buğa və Qız
Torpaq ünsürünə aid olan bu cütlük sabitlik və etibar üzərində qurulmuş münasibətə üstünlük verir. Onlar bir-birinə güvənir və uzunömürlü əlaqə qura bilirlər.
Əkizlər və Tərəzi
Hava bürcləri olan Əkizlər və Tərəzi intellektual uyğunluq baxımından ön plandadır. Ünsiyyətləri güclü, dostluqları isə səmimidir.
Xərçəng və Balıqlar
Bu cütlük emosional dərinliyi ilə seçilir. Hər iki tərəf hisslərini açıq ifadə edir və bir-birinə qarşı həssas yanaşır.
Oğlaq və Əqrəb
Ciddi və məqsədyönlü Oğlaq ilə güclü iradəyə sahib Əqrəb bir yerdə olduqda həm karyerada, həm də şəxsi həyatda uğurlu tandem yaradır.
Şahanə Ziyad










































