Sevgili olan qayınana və kürəkənin cəzası bəlii oldu

Sevgili olan qayınana və kürəkənin cəzası bəlii oldu
DÜNYA
11:43 29.05.2025
386
Esra Erolun verilişində gündəm olan qayınana-kürəkən canlı yayımda saxlanıldıqdan sonra müxtəlif cinayətlərə görə həbs cəzası alıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayserinin Develi rayonunda əlilliyi olan Dilek Şahin əri ilə anasının birlikdə qaçdığı iddiası ilə Esra Erolun proqramına müraciət edib və 21 yaşlı bəy namizədi Cuma Doğanın nişanlısının anası 47 yaşlı Güldane ilə münasibətdə olduğu və bu münasibətdən uşaq gözlədikləri ortaya çıxmışdı.

Sosial media və televiziya kanallarında əks olunan görüntülər, səsləndirilən iddialar və şikayətdən sonra şübhəlilər İstanbulda saxlanılıb, daha sonra həbs olunublar.

Təqsirləndirilən şəxslər Güldane Şahin (46) və Cuma Doğan (21) saxlandıqları həbsxanadan Audio və Vizual İnformasiya Sistemi vasitəsilə məhkəməyə qatılıblar.

Müdafiə tərəfində münasibətdə olduqlarını etiraf edən Güldane Şahin və Cuma Doğan haqlarında irəli sürülən oğurluq ittihamlarını rədd ediblər.

Dilek Şahin məhkəmədə əri Cuma Doğandan şikayətçi olduğunu, anasından isə heç bir şikayətinin olmadığını bildirib.

Məhkəmənin hakimi müttəhim Güldane Şahini "birdən çox adamı hədələmək" maddəsi ilə 2 il 6 ay, "ağırlaşdıran sadə hücum" maddəsi ilə 13 ay 15 gün, müttəhim Cuma Doğanı isə "birdən çox adamı hədələmək" maddəsi ilə 2 il 6 ay, sadə "ağırlıq" maddəsi ilə 9 ay həbs cəzasına məhkum edib.

Məhkəmə oğurluq ittihamı üzrə təqsirləndirilən 2 nəfərə sübut yetərli olmadığı üçün bəraət hökmü çıxarıb və onların həbslərinin davam etdirilməsinə qərar verib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR