“Sevgili” Yunus…

“Sevgili” Yunus…
SİYASƏT
15:37 21.07.2019
9291

 Jalə Mütəllimova

Kim nə düşünür deyə bilmərəm. Amma Azərbaycana müstəqilliyin möhtəşəm yüz ilini yaşadan üç nəhəng Azərbaycanlı kişi, siyasət adamı, lider var, mənim baxış bucağıma görə. Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, Heydər Əliyev.  Ardıcıllıq təxminən bu: Bir yaratdı, bünövrə qoydu, amma uzun müddət saxlaya bilmədi. İkincisi, illər öncə daddığımız azadlığı yazdımıza saldı, bərpa elədi. Üçüncü, dadın, bəyənib, əldə elədiyimizin möhkəm olması yolunda nə desəniz elədi. Və biz bu üç millətçi, vətən sevgilisi ilə üst-üstə yüz ildir varıq…

Türkiyə səfərlərinin birində mərhum Prezident Heydər Əliyev Məmməd Əminin məzarını yəqin ki, elə bu fədakarlığa görə sayğısından ziyarət eləmişdi, həm də hər kəsə nümunə göstərmişdi.

Sonra  Elçibəy dünyasını dəyişəndə, bütün təhlükələri gözə alıb, onun cənazəsi önündə fəxri qaravulda durub, baş əymişdi.

Bu dövlətçilik ənənsini anlayan, dəyər verən siyasətçinin çox böyük jesti idi. Həm Məmməd Əminin, həm Elçibəyin dəyərli olduğunu qəbul etmək idi. Artıq Heydər Əliyevin vəfatından illər ötüb.  Amma o ənənə davam etməkdədir. Məsələn Cümhuriyyət-100 medalının, Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadəyə təqidm olunması bunu çox ciddi göstəricilərindədir. Düşünürəm gələcəkdə daha geniş refarı əhatə edəcək belə ədalətli addımlar və qərarlar.

Mənim aləmində ölkənin yüz ilini var olmasına görə borclu olduğumuz üç azərbaycanlı nəhəng qarşısında bizim bir də əbədi mənəvi borclarımız var. Bunlardan biri hər üç adama atılan camurun ən azı qarşısına keçməyi bacarmaqdır.  

İndi ikinci hədəfdir. Azərbaycana xəyənət edən, ölkə xaricində dövlət, millət əleyhinə, çıxışları ilə populyarlıq qazanan, xidmət yerləri bəlli  Leyla Yunus deyir ki, Əbülfəz Elçibəy agentdir. O sovet "KQB”sinə xidmət edib. Sonra da hakimiyyəti guya ki, Heydər Əliyevə təhvil vermək üçün müəyyən mərhələ Prezident olmağa razılaşıb. Yəni həm də əqidəsi olmayıb. Elə kiminsə adamı, iş icraçısı olub.

Hamı susur. Bir partiya adam, danışmır. ACX, ACXP-nin yaradıcısı, mənəvi lideri, ölkənin keçmiş Prezidenti, nufuzlu kişilərindən biri haqda milləti və dini bəlli olmayan birinin fikirlərinə reaksiya sıfırın altındadır.

Bu bir az pisdir, bir az əla, bir az da ayıb…

Pisdir, ona görə ki, Leyla Yunusla əlaqələrin pozulmasından və ya onun əlaqəli olduğu dairələrdən irad eşitməkdən qoranlar var…

Əladır ona görə ki, susmaq məcburiyyəti çoxunun mahiyyətini ortaya qoyub…

Ayıbdır ona görə ki, bir millətin siması olan adamlardan birinə xain biri az qala vətən xaini deyir. Buna niyə susrlar axı?..

Amma neyləyəsən ki, o,  susan hər kəsin sevgili Yunusdur.

 Azərbaycanda törətdiyi qanunsuzluq üzündən saxlanılanda, başına çalma çalıb, xəstəyəm deyə haray salanda, Avropa Bakıdakı bütün diplomatlarını onun həbsxanadakı saxlama kamerası önünə yığmışdı. Sonra da necəsə çıxardı, necəsə apardılar, indi necə olur olsun danışdırırlar. Və təbii ki, ondan çox adamın alacağı qrantın taleyi də asılıdır.

O üzdən Əbülfəz bəyi təhqir edən Leyla Yunusa az sayda silahdaşlar cavab verdi.

Məsələn, okeanın o tayından Rəsul Quliyev dilə gəldi, AXCP-çilər, üzüyola Cəmil müəllimi azca qabağa verib danışdırmaqdan başqa heç nə etmədilər. Handan-hana Əli Kərimli də tərpəndi. Amma qorxunun əcələ faydası yox. Yəni ki, bir kəlmə haqqında danışan olanda yüz-iki yüz profildən beşmərtəbə söyüş gəlsə də, mərhum Prezident və lider haqqında Yunusun dediklərinə şapalaqaltı uşaları susdu AXCP-nin.

Düzü Leyla Yunusa təşəkkür eləməyim də gəldi. Sonra duruxdum. Dedim ki, birdən mənim də sevimli Yunusum bilərlər onu, axı belə deyil. Vətən, dövlət, millət satan,  demək olar bütün ömrünü yaşadığı Azərbaycanın ən körpə vətəndaşını belə dünyay erməni düşməni kimi təqdim edən Yunus mənim heç zadım ola bilməz.

O olsa-olsa, bir əlində əlli sosial şəbəkə profili saxlayan, müxaliflərin sevimlisi ola bilər. Daha doğrusu "sevgili” Yunusu. Allah üzünüzü qara eləsin, daha nə deyim axı?!…


OXŞAR XƏBƏRLƏR