Münasibətlərə zərbə vuran amillər ortaya çıxıb.
AZXEBER.COM xəbər verir ki, araşdırmalara görə, sevgililik kimi romantik əlaqələri bitirən faktorlar ortaya çıxıb.
İtaliyanın Padua Universitetinin psixologiya tədqiqatçısı Peter K. Jonasonun rəhbərlik etdiyi qrup romantik münasibətlərlə bağlı əvvəlki sorğuları və araşdırmaları yenidən təhlil edib.
"Personality and Individual Differences” elmi jurnalında dərc olunan məqalədə həm uzunmüddətli, həm də qısamüddətli münasibətlərdə əsas "oyunu pozan” amillər sadalanıb.
Münasibətin pis olması sevgilinizin mürəkkəb, kobud, asılı və ya yapışqan, laqeydlik və motivasiyanızı alt-üst edən biri olması səbəbindən baş verir.
Uzun müddətdə ən pis faktorlar laqeydlik və kobudluq olub.
Araşdırmada o da məlum olub ki, qadınlar bu kimi amillərə daha çox önəm verirlər. Yəni sevdikləri şəxsin laqeyd və ya kobud olmalarını istəmirlər.
Məlum olub ki, qadınlar daha çox partnyor seçimi olan və bir gecəlik münasibətə daha çox maraq göstərən kişilərdən qaçırlar.
Qeyd edilib ki, daha əvvəlki münasibətlərində sədaqətsiz olan şəxslər yeni münasibətlərində də eyni alışqanlıqlarına davam edə bilir və bu da münasibətə pis təsir edən məqamlardan biridir.
Ayşən