Sevgililər günündə hər kəsin içində sevgilisinin evlilik təklifi etdi - Qız "yox" dedi! (VİDEO)

Sevgililər günündə hər kəsin içində sevgilisinin evlilik təklifi etdi - Qız "yox" dedi! (VİDEO)
DÜNYA
17:07 15.02.2018
5030

Meksikada maraqlı hadisə baş verib.


Monterrey şəhərində bir gənc oğlan səhnəyə çıxıb, onlarla insanın gözü qarşısında diz çökərək sevdiyi xanıma evlilik təklifi edib.


Oğlanın təklifinə təəccüblənən gənc qız əvvəl nə deyəcəyini bilməyib. İnsanlar onun "hə” cavabını verəcəyini gözləsə də, sonda qız oğlanın təklifinə "yox” deyib.


Hadisə anbaan həvəskar kameralara düşüb. Video qısa müddətdə sosial şəbəkələrdə yayılıb.


Sosial şəbəkə istifadəçiləri oğlanın qəlbini qırdığını əsas gətirərək qızın ünvanına tənqidi sözlər yazıblar.

 

 


OXŞAR XƏBƏRLƏR