Sevgililər günündə pərəstişkarlarını sevindirdi - FOTOLAR

MAQAZİN
11:54 14.02.2025
174
Avroviziya təmsilçimiz Dilarə Kazımova yenidən diqqətləri üzərinə çəkməyi bacarıb.

AZXEBER.COM xəbər verir ki, sənətçi  14 Fevral - Sevgililər günü münasibətilə məşhur mahnılarını -  "Xarizma, "Cazibə” və "Zəng-zəng” remiks sevənlərinə təqdim edib.

Kazımova bu dəfə bəstələrini albom şəklində təqdim edib.
 
Müğənninin "Madame Di” adı verilən albomunda sözügedən mahnılarının remiks versiyası yer alıb.

D.Kazımovanın məşhur diceylərlə hazırladığı  EP albomunda yer alan mahnılar klub ritmləri ilə, yay ab-havasında hazırlanıb. 

Yeni layihəsindən məmnunluğunu bildirən Dilarə, "Mən həmişə yeniliklərə imza atmağa çalışan sənətçi olaraq böyük qürur və sevinc hissi ilə sevənlərimə uzun müddətdir ki, üzərində çalışdığım, Azərbaycanın ilk proqressiv, ritmik janrında olan albomu ərsəyə gətirmişəm. Hər şey planlaşdırdığımız kimi gedir və  düşündüm ki, pərəstişkarlarımı yeniliklərlə sevindirim və sevilən mahnılarımı yenidən gündəmə gətirim. Çünki daha əvvəlki layihərimdən sonra anladım ki, bu tərzdə keyfiyyətli işi bu qış dövrünün ən soyuq fevral ayında əhval ruhiyyəni yüksək tutmaq üçün sevənlərimə böyük hədiyyə olacaq. 3 musiqi remiksinin hər birinin ayrı gözəlliyi var. Bu möhtəşəm "Madame Di” adlı yeni albomu bütün rəqəmsal platformalarda  dinləyə bilərsiniz. Ümid edirəm ki, bəyənəcəksiniz”.

İfaçı məşhur treklərinin remikslərindən ibarət  albomunun adının niyə "Madame Di” olmasının səbəbini açıqlayıb. 

"Mən deyirdim axı "Dilarə erası” başlanır. Əslində, o sözlər elə-belə deyildi.  Hər kəsin keçmiş həyatda kim olması barədə öz rəyi var. Mən isə əminliklə deyə bilərəm ki, keçmiş həyatımda imperatriça olmuşam”.

Kartları açıq şəkildə oynamağı sevdiyini deyən pop ulduz layihə üçün bu dəfə hamımızın yaxşı tanıdığı kart oyunun motivlərinin əks olunduğu "ürək daması” obrazında obyektiv qarşısına keçib. 

İdeya və styling Kazımovanın özünə məxsusdur. Fotoları isə Ləman Seyfullazadə lentə alıb.
 

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR