Showlife.Az xəbər verir ki, xalq artisti bu haqda yazıb:"14 fevral mənim üçün sevgililər günü deyil. Mənim üçün 30 İyun İlham və Fərizənin evləndiyi gündür, sevgililər günü. Allah rəhmət eləsin".
İlk baxışdan müğənninin sözlərində qeyri-adi heç nə görünmür. Ancaq maraqlı məqam ondan ibarətdir ki, Aygün Kazımova son 20 ildə ən az 10 dəfə bu gün qəbul etmədiyi günü qeyd edib, 14 fevralda restoranlarda sevgililəri təbrik edib, sevgilisiylə bayram keçirib.
Müğənninin qeyri-səmimiliyi də məhz bundan ortaya çıxır. Əgər xanım Kazımova İlham və Fərizənin şəhid olduğu 1991-ci ildən etibarən bu təşəbbüsü dəstəkləsəydi, o zaman haqlı olardı. Ancaq indiki məqamda xalq artistinin belə addım atması gülüş doğurur.
Əminik ki, Aygün Kazımova 30 iyun sevgililər gününün təşəbbüskarının kim olduğunu belə bilmir.
Xalq artistinə xatırladaq ki, 12il əvvəl “Xural” qəzetinin baş redaktoru, hazırda həbsdə olan jurnalist Əvəz Zeynallı bu ideyanı irəli sürüb. O 30 İyun tarixini – Azərbaycanın müstəqilliyi yolunda həlak olmuş İlham Allahverdiyevlə, onun yoxluğuna dözə bilməyərək, sevgisi uğrunda canından kemən Fərizə Allahverdiyevanın toy gününü – milli “Sevgililər Günü” elan edib. Hazırda həbsdə olan Əvəz Zeynallının bu ideyası çox müzakirə olunsa da, ortaq məxrəcə gəlmək mümkün olmamışdı. Bu səbəbdən həm 14 fevral, həm də 30 iyunu sevgililər günü kimi qeyd edənlər az deyil.
Bir kəlam da var ki, sevənlər üçün hər gün sevgililər günüdür. 14 fevralın üstündən xətt çəkmək istəyən Aygün Kazımovaya xatırlatmaq istərdik ki, ilk növbədə öz sevdiklərinə, sənət dostlarına, jurnalistlərə hörmət etməyi öyrənsin. Keçən ay böyük sənətkar Məhəbbət Kazımov ölən günü, özünə ad günü keçirən xalq artistimiz çətin ki, insanlara belə münasibətiylə "sevilsin". Bəlkə də xanım Kazımovanın bu günə üsyan etməsi də sevgilisinin olmamasıyla bağlıdır.
Sizə sevgili və onunla keçirəcəyiniz maraqlı bir ömür arzulayırıq. O qədər xoşbəxt olun ki, sevgililərin gününə "haram" qatmayın...
Showlife.Az