Çinin cənubundakı Hunan vilayətindəki Çanşa şəhərindəki orta yaşlı sevgililər atvomobil dayanacağında vaxtlarını romantik keçirmək fikrinə düşüblər. Lakin bu zaman maşın arxaya doğru hərəkət edib və avtomobilin yarısı 20 metr hündürlükdəki divardan kənara çıxaraq ləngər vurmağa başlayıb. 43 yaşlı Syao Hou dərhal maşından çıxaraq onu geri çəkməyə çalışıb. Hounun sevgilisi, Lili Tan isə qorxudan bağırmağa başlayıb. Qışqırtı səslərinə gələn adamlar maşını irəli çəkərək başabəla sevgililəri ölümdən qurtarıblar.
//milli.az